Polisə belə dəstək oldu – FOTO

Yol polisi 17 Dekabr 2016 15:30 Oxunub 2013
Polisə belə dəstək oldu – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Polislərimizi Allah başımız üstündən əskik etməsin"

Türkiyənin Manisa şəhərinin Salehli mahalında bir gənc polisə dəstək olmaq üçün maraqlı jest edib. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, 29 yaşlı musiqiçi Niyazi Güney avtomobilin arxa şüşəsinə “Sizi gördükdə həyəcanlansaq da, 5 saniyə içində təhlükəsizlik kəmərlərini taxsaq da, radionun səsini alsaq da, biz cəzaya hazırıq. Yetər ki siz şəhid olmayın” yazaraq ölkəsinin polisinə dəstək nümayiş etdirib.

Niyazi bu addımını belə şərh edib: “Dövlətimizə və polisimizi dəstək olmaq üçün bunu yazdım. Televiziyalardan şəhid polislərimizi gördük. Şəhidimizin 14 aylıq körpəsini gördüm. Bu, mənim çox pisimə gəldi. Polislerimizi Allah başımız üstündən əskik etməsin”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh