Bu ölkədə parkinq yeri olmayana avtomobil satmırlar

Yazarlar 19 Sentyabr 2014 19:19 Oxunub 2048
Bu ölkədə parkinq yeri olmayana avtomobil satmırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil üçün park yerinin icarə haqqı 1 otaqlı mənzilin kirayə haqqı qədərdir

 

Avtomobil sıxlığı dünyanın inkişaf etmiş dövlətlərinin hamısında problemə çevrilməkdədir. Hər bir dövlət də özünəməxsus həll yolları axtarır. Avtosfer.az-ın məlumatına görə, yaponlar bu işdə daha kreativdirlər. Məsələn, Yaponiyada avtomobili park etmək üçün öz fərdi yeri olmayan adam avtomobil sahibi ola bilməz. Adam rəsmi sənəd təqdim etməklə park yerinin olduğunu təsdiq etməsə, ona avtomobil satmırlar və onun adına avtomobili qeydə almırlar.

Yaponlar bu məsələni daha çox  2 üsulla həll edirlər:

1) binada ev alarkən park yeri də alırlar və ya şəxsi evlərinin həyətində park yeri yaradırlar;

2) park yerini icarəyə götürürlər. Amma bir avtomobil üçün park yerinin icarə haqqı təxminən 1 otaqlı mənzilin kirayə haqqı qədərdir. Ona görə də güclü avtomobil sənayesi olan ölkələr arasında Yaponiya avtomobilləşmə səviyyəsinə görə ən geridə qalır. Bu ölkədə hər 10 nəfərə təxminən 5 avtomobil düşür. Amma məsələn, ABŞ-da hər 10 nəfərə 8 avtomobil düşür

Bununla belə, Yaponiyada ictimai nəqliyyat ideal səviyyədədir. Ölkənin istənilən böyük və ya kiçik şəhərində ictimai nəqliyyatda hərəkət həm vaxt, həm də xərc baxımından minik avtomobili ilə hərəkətdən sərfəlidir. Hətta yaponlarda belə deyim var: əgər tez və baha getmək istəyirsənsə, öz avtomobilinlə get; əgər daha tez, amma ucuz getmək istəyirsənsə ictimai nəqliyyatla get.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh