Bakıda sərnişin avtobusu piyadanı belə vurdu - VİDEO

Avtoreyd 21 Dekabr 2016 12:59 Oxunub 2087
Bakıda sərnişin avtobusu piyadanı belə vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakıda piyada keçidindən istifadə edən kişini avtomobil vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, təxminən 40-45 yaşlarında olan kişi piyada keçidi ilə yolun digər tərəfinə keçmək istəyib. Bu zaman yol hərəkəti qaydasını pozaraq əks istiqamətdə yola çıxan 12 saylı sərnişin avtobusu piyadanı vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh