Milyonlar xərclənən yollarımız əslində belə olmalı idi - VİDEO

Yeniliklər 11 Yanvar 2017 13:18 Oxunub 7574
Milyonlar xərclənən yollarımız əslində belə olmalı idi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəmir arakəsmələr insanların həyatını xilas etmək əvəzinə onları öldürdü

Cənubi Koreya şirkəti olan «ETi» şirkəti qəza zamanı sürücü və sərnişin travmalarının az olması üçün yeni təhlükəsizlik hasarları hazırlayıb. Avtosfer.az-ın məlumatına görə, yeni yol maneələrində metal hissələr arasında olan plastik roliklər var ki, qəza zamanı metal hissələr avtomobilin təsir gücünü udur, roliklər isə burulmağa başlayır. Bu da qəza törətmiş avtomobilin aşmasına imkan vermir. Ancaq buna baxmayaraq avtomobil yüksək sürətlə gələrək bu maneəyə çırpılarsa, o zaman nəticəsi çox ciddi ola bilər. 

Qeyd edək ki, «Road Roller» sistemi müsbət dəyərləndirilib. Və ilk olaraq Malayziya tərəfindən bu yol maneələri satın alınıb.

Bu dəmir arakəsmələr Azərbaycanda ilk dəfə Bakı-Sumqayıt yolunda tətbiq olundu və orada alman mühəndislərin işlədiyini rəsmən açıqlamışdılar. Hətta nəqliyyat naziri Ziya Məmmədov rəsmən bəyan etmişdi ki, bu arakəsmələr elastikdir, avtomobil ona dəydikdə dəmir lövhələr əyilsə də, qırılmır və elastiklik yaranır, dəmirlər toqquşan avtomobili kənara itələyir. Ancaq çox qısa müddətdə məlum oldu ki, həmin dəmir arakəsmələr nəinki yol qəzalarının ağırlıq dərəcəsini azaltmağa, hətta yüngül qəzalarda belə insan tələfatını qaçılmaz etməyə qadirdir. Çünki sistem düzgün qurulmamışdı. İşin yarısını həqiqətən alman mühəndislər görsə də, sonradan onları işdən kənarlaşdırıb təcrübəsi olmayan yerli mütəxəssisləri çox ucuz qiymətə bu işə cəlb etdilər. Və bunun da nəticəsində həmin dəmir lövhələrə azca toxunan maşınlarda ölüm qaçılmaz oldu. Zərbə dəyən kimi dəmir lövhələr qırılıb avtomobilin salonuna daxil olur və sürücünü, sərnişinləri kəsib doğarıyırdı. Belə faciələr çox oldu. Hətta, Ziya Məmmədovun dediyinin əksinə olaraq, iş başa çatandan 3 ay sonra Bakı-Sumqayıt yolunda kiçik minik avtomobili həmin dəmir layların üçünü birdən qırıb keçərək dərəyə aşdı ki, bu da işin hansı səviyyədə görülməsini ortaya çıxarmış oldu. Nəticə isə bu oldu ki, artıq «Azəravtoyol» ASC həmin dəmir arakəsmələri sökərək yerinə beton lövhələr düzməyə başlayıb. Bu proses hazırda Bakı və Bakıətrafı yolları əhatə etsə də, gələcəkdə bütün yollarda dəmir arakəsmələrin yığışdırılacağı nəzərdə tutulur. Çünki bu dəmirlərdə bir damcı da elaktiklik yoxdur. Xeyrindən çox, ziyanı var.

Təqdim etdiyimiz videoya diqqətlə baxsınız aydın olar ki, dəmir arakəsmələrin elastikliyi necə olur. Göründüyü kimi, zərbə anında dəmir arakəsmələr yerindən oynayır, irəli-geri hərəkət edir. Lakin qırılmır. Arakəsmələrin ortasında diyircəklər isə yenilikdir. Bu da zərbə anında avtomobilin istiqaməti dəyişməsinə kömək edir. 

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh