Niyə avtobus sürücüləri ilə bacara bilmirlər? - VİDEO

Qaydalar 22 Dekabr 2016 02:39 Oxunub 1507
Niyə avtobus sürücüləri ilə bacara bilmirlər? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəhərdaxili sərnişin daşıyan avtobus sürücüləri qaydalara əməl etmirlər

Nə az, nə çox düz 5 avtobus eyni anda yolun hərəkət hissəsində saxlayaraq sərnişin mindirir. Üstəlik həmin ərazidə heç bir dayanacaq da yoxdur. Bu isə yol kəsişməsində uzun tıxacın yaranmasına səbəb olur. Dayanacaq olmayan yerdə avtobuslar saxlayaraq sərnişin mindirir. Bu isə avtomobillərin olduqca intensiv hərəkət etdiyi yolda həm tıxaca səbəb olur, həm də qəza şəraiti yaradır.

Paytaxtın ən böyü k prospektlərindən olan Qara Qarayev prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsi yaxınlığında dayanacaq olmasına baxmayaraq avtobus sürücüləri kəsişmədə sərnişin düşürüb-mindirirlər. Eyni anda yol birləşməsində bir neçə avtobusun saxlaması isə digər yol hərəkəti iştirakçılarına çətinlik yaşadır. Sürücülər burada xeyli vaxt itirdiklərini deyirlər....

Sərnişinlər isə deyirlər ki, avtobuslar dayanacaqda saxlamadıqları üçün onlar məcburən burada dayanmalı olurlar. ''Niyə dayanacaqdan kənarda saxlayırsız'' sualımıza isə avtobusun sürücləri özlərinə məxsus cavab verdilər.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, belə problemlərdən xəbərdardırlar. Hazırda agentlik tərəfindən bu kimi halların aradan qaldırılması üçün işlər aparılır. Yaxın vaxtlarda paytaxtdakı bütün avtobuslara gps sistemi quraşdırılacaq. Bu sistem vasitəsi ilə dayanacaqdan kənarda saxlayan avtobuslar müəyyən ediləcək və məxsus olduğu daşıyıcı şirkətlər haqqında lazımı tədbirlər görüləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh