Sürücü dayanma qaydalarını pozurmu? - DOĞRU CAVAB

Yarışma 22 Dekabr 2016 08:29 Oxunub 2452
Sürücü dayanma qaydalarını pozurmu? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki dayanma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu vəziyyətdə dayanan  nəqliyyat vasitəsinin sürücüsü dayanma qaydalarını pozurmu?

a) Pozmur;

b) Əgər hərəkət zolaqlarını ayıran 1.1 xətti ilə nəqliyyat vasitəsi arasında 3 m-dən az məsafə qalırsa, pozur;

c) Hər bir halda pozur.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin IV hissəsinin 4-cü bəndinə əsasən, piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda nəqliyyat vasitələrinin dayanması qadağandır. Şəkildə dayanan avtomobillə keçidin uzaq tərəfi arasında 5 metr məsafə var. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Bu vəziyyətdə dayanan nəqliyyat vasitəsinin sürücüsü dayanma qaydalarını hər bir halda pozur. Suala ilk doğru cavabı Maya adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh