Azərbaycan Qran Prisinin trasında dəyişiklik olacaq

Yarışma 22 Dekabr 2016 15:30 Oxunub 1603
Azərbaycan Qran Prisinin trasında dəyişiklik olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Formula 1 üzrə Azərbaycan Qran Prisi 2017-ci ilin 23 - 25 iyununda keçiriləcək

2017-ci ilin iyununda Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisinin trasında kiçik dəyişikliklər ediləcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer “championat.com”a açıqlamasında deyib.

T.Butçer yığılan təcrübə sayəsində ötən illə müqayisədə şəhər küçələrinin daha gec bağlanıb, tez açıla biləcəyini söyləyib. O, trasa düşən piyada keçidlərinin axşam saatlarında sakinlərin istifadəsinə veriləcəyini istisna etməyib: “Hazırda bu variant üzərində işlənilir. Trasın konfiqurasiyasında heç bir dəyişiklik edilməyəcək. Bəzi döngələrdə bordür dəyişiləcək. Bir neçə yerdə isə genişləndirmə işləri aparılacaq. Bu ərazilərdə qəza olacacağı təqdirdə, bolidləri trasdan çıxarmaq üçün istifadə olunur. Beynəlxalq Avtomobil İdmanı Federasiyası da bəzi yerlərdə kiçik dəyişiklik etməyi xahiş edib”.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 2017-ci ilin 23 - 25 iyununda keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh