Daha bir beynəlxalq avtovağzal tikilə bilər - Bakıda

Yeniliklər 22 Dekabr 2016 16:53 Oxunub 1538
Daha bir beynəlxalq avtovağzal tikilə bilər - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Paytaxtın şimal girişində sıxlığı azaltmaq üçün daha bir beynəlxalq avtovağzalın tikilməsini təklif etmişik"

2035-ci ilədək Bakıda daha bir beynəlxalq avtovağzal inşa edilə bilər. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planının təqdimatı zamanı Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə deyib.

O deyib: “Paytaxtın şimal girişində sıxlığı azaltmaq üçün daha bir beynəlxalq avtovağzalın tikilməsini təklif etmişik. Bu avtovağzal Lökbatan qəsəbəsində nəzərdə tutulur və cənub istiqamətindən gələn avtobusları qəbul edəcək.”

Hazırda Bakıda bir beynəlxalq avtovağzal fəaliyyət göstərir. Burada 13 beynəlxalq və 44 ölkədaxili reys həyata keçirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh