Tarif Şurası təbii qaz və elektrik enerjisinin satışı tariflərində dəyişikliklər edib

Yeniliklər 22 Dekabr 2016 19:45 Oxunub 1618
Tarif Şurası təbii qaz və elektrik enerjisinin satışı tariflərində dəyişikliklər edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təbii qaz və elektrik enerjisinin istehlak həcmi ilə bağlı limit artırılıb

Dekabrın 22-də Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, belə bir qərar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq qəbul edilib. Ş.Mustafayev vurğulayıb ki, iclasda Tarif Şurasının noyabrın 28-də keçirilmiş iclasında təbii qaz və elektrik enerjisinin satışı tarifləri ilə bağlı edilən müvafiq tarif tənzimlənmələrində dəyişikliklər aparılıb: "Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə artırılıb və 20 qəpik müəyyənləşdirilib. Elektrik enerjisi aylıq istehlak həcmi 250 kilovat-saatdan 300 kilovat-saatadək artırılıb və 11 qəpik müəyyənləşdirilib".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh