Ötmək istədi, 2 maşını əzdi - FOTO

Qaydalar 23 Dekabr 2016 00:51 Oxunub 5571
Ötmək istədi, 2 maşını əzdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadağan olunmuş hissədə ötmə əməliyyatını yerinə yetirib

Qax rayon Heydər Əliyev prospektində yol qəzası qeydə alınıb. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə xeyli ziyan dəyib. Qax şəhər sakini Qudayev Xəyal Qəhrəman oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən qadağan olunmuş hissədə ötmə əməliyyatını yerinə yetirib. Nəticədə idarəetməni itirərək əvvəlcə yolun kənarında dayanmış Qax şəhər sakini Bəşirov Nadir Musa oğluna məxsus "VAZ-21011" markalı avtomobilə, sonra isə eyni istiqamətdə hərəkətdə olan Qaxbaş kənd sakini Hacıyev Cahid Hicran oğluna məxsus "VAZ-2107" markalı avtomobilə vurub. İki avtomobilə də xeyli ziyan dəyib.

Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.

Ötmək istədi, 2 maşını əzdi -  Foto
Ötmək istədi, 2 maşını əzdi -  Foto

ŞƏRH YAZ
Ad

E-mail

Şərh