Günəş batareyalı yol çəkildi - FOTO

Texnologiya 23 Dekabr 2016 21:00 Oxunub 1787
Günəş batareyalı yol çəkildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun açılış mərasimində Fransanın Ekologiya, iqtisadi inkişaf və energetika naziri Seqolen Ruayal iştirak edib

Fransanın qərbində ilk dəfə üzəri günəş batareyaları ilə döşənmiş avtomobil yolu istifadəyə verilib. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, quraşdırılan konstruksiyaya görə, bu panellər günəş enerjisini elektrik enerjisinə çevirəcək. Məlumata görə, yolun açılış mərasimində Fransanın Ekologiya, iqtisadi inkişaf və energetika naziri Seqolen Ruayal iştirak edib. Nazirin sözlərinə görə, bu texnologiya digər ölkələrin də marağına səbəb olacaq:

“Noyabr ayında Mərakeşdə baş tutan BMT-nin İqlim Konfrasında Çin, Mərakeş və digər Afrika ölkələrindən gələnlər bununla bağlı qoyulan lövhə ilə maraqlanırdılar. Bu layihə elektrik enerjisinə olan ehtiyacın qarşılanması, eləcə də kənd təsərrüfatının inkişafı üçün müsbət töhfələr verə bilər”. Qeyd edək ki, yaxın 5 ildə Fransa hökuməti günəş panelləri ilə örtülmüş yolların uzunluğunu min km-ə çatdırmaq istəyir.

http://cdn.axar.az/2016/12/23/panel2.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh