Bakıda lazımsız piyada keçidləri də varmış - VİDEO

Yazarlar 25 Dekabr 2016 23:53 Oxunub 1527
Bakıda lazımsız piyada keçidləri də varmış - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ərazidə piyada zolağına ehtiyac varmı?

İki yeraltı keçidin olmasına baxmayaraq yolun üzərinə də piyada zolağı çəkilib. Söhbət "Əhmədli" metrostansiyasının yaxınlığındakı piyada keçidindən gedir.Nəqliyyat eksperti Ərşad Hüseynov bildirir ki, metronun iki yeraltı keçidinin ortasında belə bir yerüstü zolağın qoyulmasının heç bir məntiqi əsası yoxdur. Mütəxəssisin fikrincə, əslində, hərəkətin intensiv olduğu yolda belə bir yerüstü zolağın olması piyadaların həyatı üçün təhlükə, sürücülər üçün isə əlavə məsuliyyətə səbəb ola bilər.

Onu da qeyd edək ki, belə bir piyada zolağı "İnşaatçılar" metrosunun üzərində də vardı. Ancaq bu zolaq silindiyindən həmin ərazidə normal hərəkət bərpa olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh