Bu avtoservislər təhlükə yaradır - VİDEO

Qaydalar 25 Dekabr 2016 23:58 Oxunub 2135
Bu avtoservislər təhlükə yaradır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar həm özünü, həm də digər yol hərəkəti iştirakçılarını təhlükəyə atır

Avtomobilləri təmir etdirmək məqsədi ilə yolun hərəkət hissəsində iki sıra saxlanılıb. Bu şəxs isə yolda saxlanan avtomobilərin təkərlərinin havasını tənzimləyir. O bu hərəkəti ilə həm özünü, həm də digər yol hərəkəti iştirakçılarını təhlükəyə atır. Son dövrlər paytaxt yollarında bu kimi mənzərələr adi hal alıb. Yola olduqca yaxın tikilən avtomobil təmir mərkəzləri sözün əsl mənasında təhlükə saçır. Bu vəziyyətdən isə yol hərəkətinin bütün iştirakçıları təhlükə altına düşür.

"Niyə avtomobili yolun hərəkət hissəsində təmir edirsiniz" sualına müxtəlif cavablar aldıq.

Vəkil Xəyal Bəşirov deyir ki, burada konkret olaraq qanunvericiliyin tələbləri pozulur. Qanunvericiliyə əsasən, yol hərəkəti iştirakçılarına maneə törətmək olmaz. Bu qanunu pozanlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə oluna bilərlər. Əgər həmin şəxslər üzündən hərhansı bir qəza baş verərsə və həmin qəzada insan sağlamlığına zərər dəyərsə, bu zaman həmin şəxslər cinayyət məsuliyyətinə cəlb edilə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh