Polis rəisinin bankda 450 min manatı batdı: GÜNAHI İSƏ...

Yol polisi 26 Dekabr 2016 13:11 Oxunub 9020
Polis rəisinin bankda 450 min manatı batdı: GÜNAHI İSƏ...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"BankAvrasiya” ASC-nin vəzifəli şəxslərinin bu rahatlığı Rüfət Aslanlının onlara olan himayədarlığından irəli gəlir"

Bakıda keçmiş polis rəisi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlı və onun qardaşına qarşı səs-küyə səbəb ola biləcək iddia səsləndirib. Avtosfer.az xəbər verir ki, əvvəllər Şəki şəhər Polis Şöbəsinin rəis müavini işləmiş Məmməd Məmmədov criminal.az-a açıqlamasında bildirdi ki,  “BankAvrasiya” ASC-dən 2011-ci ildə 450000 dollar kredit götürüb və həmin kreditin 350000 ABŞ dollarını ödəyib. Onun sözlərinə görə, kredit götürdüyü zaman kreditin məbləğinin təminatı kimi məhkum Babaşova Aygün ilə razılaşmaya əsasən aldığı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsi, 28 saylı binanın 21-ci mənzili və hazırda yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi ev 50-də yerləşən, 83 saylı mənzili ipoteka müqaviləsi ilə yüklü edib:

''Sonradan Aygün Babaşovanın mənim etibarımdan sui-istifadə etməklə əmlakımı ələ keçirməsi faktı ilə 11 mart 2015-ci il tarixində Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində Babaşova Aygün barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə cinayət işi başlanıb və o azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. İstintaq müddəti ərzində aydın olnub ki, tərəfimdən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsi, 28 saylı binanın 21-ci mənzili “BankAvrasiya” ASC-nin vəzifəli şəxsləri tərəfindən dələduz Aygün Babaşova ilə birləşərək satılıb və alınan pullar isə aralarında bölünüb. Buna görə də Aygün Babaşova ilə birlikdə dələduzluğa şərait yaradan, hətta, bu əməlləri birgə törətdiyi ehtimal olunan “BankAvrasiya”ASC-nin vəzifəli şəxslərinin barəsində Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işi açılıb  və aidiyyəti üzrə Nərimanov rayon prokurorluğuna göndərilib.

İpoteka müqaviləsinə əsasən yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsi, 28 saylı binanın 21-ci mənzilin yüklülükdən çıxarılmasına dair Daşınmaz Əmlakın Dövlət Reystr Xisdmətinin Bakı şəhər ərazi İdarəsinə müraciət məktubunu imzalayanlardan biri və ən əsası Fuad Aslanovdur. Lakin, maraqlıdır ki, bankın vəzifəli şəxsləri eyni anda ipotekaya qoyulmuş evlərdən birini ipotekadan çıxarıb, hazırda yaşadığım evi isə ipoteka yüklülüyündə saxlayıb. Evi satmaqla mənə külli miqdarda zərər vuran “BankAvrasiya” ASC düz 1 ildən çox müddət keçdikdən sonra banka 304000 ABŞ dolları borcumun qalmasına dair bildiriş göndərib. Əgər, kredit borcu ödənilməmişsə, ipoteka yüklülüyündən ev necə çıxarıla bilər?''.

Sabiq rəisin fikrincə, “BankAvrasiya” ASC-nin vəzifəli şəxslərinin bu rahatlığı Rüfət Aslanlının onlara olan himayədarlığından irəli gəlir: ''Onlar nə istədiyini etsələr də, məsuliyyətdən yaxa qurtaracaqlarını zənn edirlər. Bankın sabiq idarə heyətinin sədri Fuad Aslanov Maliyyə bazarlarına nəzarət palatası publik hüquqi şəxsinin diroktorlar şurasının sədri Rüfət Aslanovun qardaşıdır. Bu isə istintaqın obyektiv aparılmasına çox ciddi təsir edir. Ən vacib məqamlardan biri bankın sədr müavini Arif İsmayılov ipoteka ilə yüklü edilmiş mənzillərə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması barədə ərizə ilə AR-sı ƏMDK yanında DƏDRX-nin BƏİ-nə müraciət edib. Lakin, ərizədə hər iki mənzil qeyd olunsa da, ərizəyə cavab məktubunda yalnız bir evə, hazırda yaşadığım evə dair bildirişin qeydə alındığı göstərilir. Digər mənzilin hüquqi taleyi barədə qeyd yoxdur. Sonradan istintaqın gedişində bəlli olub ki, DƏDRX-nin BƏİ-nə ünvanlanmış ərizəni bankın səlahiyyətli nümayəndəsi aparmış və nümayəndənin ərizəsi əsasında yalnız bir evə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınıb.  İstintaqa Rüfət Aslanlının təsir etməsi bu məqamda öz təsdiqini tapır, çünki, istintaq tərəfindən nümayəndənin şəxsiyyətinin müəyyən edilməsi, ona kimin göstəriş verməsi kimi faktların müəyyənləşdirilməsi üçün heç bir prosessual tədbir görülməyib. ƏMDK yanında DƏDRX-nin BƏİ-dən sənədlərin əslinin əldə olunması üçün məhkəməyə təqdimat göndərilməyib''.

M.Məmmədov qeyd edir ki, ən maraqlı digər bir məqam isə odur ki, Fuad Aslanov özünü cinayət məsuliyyətindən sığortalamaq üçün bütün addımlara yol atır. Belə ki, bankın möhürünün sədrdə deyil, baş mühasibdə olmasını təsdiqləmək üçün istintaqa bankın əmri daxil olub. Əmrdə qeyd olunur ki, məhz möhür baş mühasibdə olur. Bu isə Fuad Aslanovun CM-nin 314.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməməsi üçün hazırlanmış əmrdir. Bütün banklar Mərkəzi Bank tərəfindən təsdiq olunmuş əsasnamədə göstərilən tələblərə əsasən fəaliyyət göstərirlər, bankların məlum təcrübəsinə əsasən bankın möhürü əsasnaməyə görə idarə heyətinin sədrində olmalıdır. İstintaqa təsir göstərilmə faktı bu nüansda da özünü göstərir.

İstintaq tərəfindən “BankAvrasiya” ASC-nin əsasnaməsinin də əldə edilməsi üçün prosessual tədbir görülmür, istintaqın başını aldatmaq üçün təqdim olunmuş əmr əsasında istintaq davam etdirilir. Bütün bunlar isə Rüfət Aslanlının digər yüksək vəzifəli dövlət məmurları vasitəsilə istintaqın obyektiv və hərtərəfli aparılmasına imkan verməməsindən irəli gəlir. Bankların qanunsuzluqlarına himayədarlıq edən, xalqın mənafeyini düşünməyən və qara bazarın əsas təşkilatçısı, himayədarı kimi mətbuatda adı hallanan Rüfət Aslanlının qardaşının bankı olan “BankAvrasiya” ASC-nin də dələduzluqlarına himayədarlıq etməsi də gözləniləndir. “BankAvrasiya” ASC-nin müştərilərinə həmin bankın dələduzluğu nəticəsində zərərçəkmiş kimi onu demək istəyirəm ki, ehtiyatlı olsunlar, hər an onların da ipotekaya qoyduqları evlər, daşınmaz əmlaklar başqalarına onlardan xəbərsiz şəkildə satıla bilər, mənim vəziyyətimə düşə bilərlər. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh