Sürücüsüz avtomobillər üçün proqram təminatı hazırlayan mərkəz istifadəyə verilib

Avtodünya 26 Dekabr 2016 18:46 Oxunub 2953
Sürücüsüz avtomobillər üçün proqram təminatı hazırlayan mərkəz istifadəyə verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bütün avtomobil istehsalçıları potensial baxımdan bizim müştərilərmizdir"

Bu il smartfon istehsalından imtina edərək proqram təminatının buraxılışına üstünlük verən Kanadanın “BlackBerry” şirkəti sürücüsüz avtomobil nəqliyyatı üçün həllərin hazırlanması ilə məşğul olacaq yeni tədqiqat mərkəzi açıb. Avtosfer.az “IGate” resursuna istinadən xəbər verir ki, Ottava şəhəri yaxınlığında yerləşən laboratoriyanın açılış mərasimində Kanada Baş naziri Castin Trüdo və şirkətin baş direktoru Con Çen iştirak edib. Məlumata görə, yeni mərkəz diqqəti şirkətin sürücüsüz avtomobillərdə istifadəsini planlaşdırdığı “BlackBerry QNX” platforması üçün proqram təminatının yaradılmasına yönəldəcək.

Platforma avtomobillərə insanların iştirakı olmadan hərəkət etməyə imkan verən hazır alqoritmlər təklif etmir və gələcəkdə robotlaşdırılmış avtomobillər üçün proqram təminatının əsasını təşkil edəcək. Baş direktor C.Çen tərəfdaşların adını açıqlamayaraq qeyd edib ki, artıq bir sıra istehsalçılar sürücüsüz avtomobillər üçün “BlackBerry QNX” platformasını tətbiq edir. “Avtomobil şirkətləri üçün proqram həllərinin yaradılması bizim üçün sürətlə artan biznes olacaq. Bu, yalnız başlanğıcdır. Bütün avtomobil istehsalçıları potensial baxımdan bizim müştərilərmizdir. Bizim çoxlu işçi məkanına ehtiyacımız var”, - deyə baş direktor vurğulayıb.

Bildirilir ki, layihəyə investisiyaların həcmi təxminən 76 milyon dollar təşkil edəcək. Hazırda işçilərinin sayı 5 minə bərabər olan “BlackBerry” şirkətində beş il əvvəl 17 min nəfər çalışıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh