Ekologiya postundan şikayət edən sürücü - "Səhv etmişəm" dedi

Yol polisi 26 Dekabr 2016 16:48 Oxunub 3953
Ekologiya postundan şikayət edən sürücü - "Səhv etmişəm" dedi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Müəyyən anlaşılmazlıq olmuşdu"

 

İki gün öncə Ekologiya postunun əməkdaşlarının sürücüyə qarşı qanunsuz protokol tərtib etmələri barədə məlumat yaymışdıq. Məlumatda bildirilirdi ki, yol polisi əməkdaşları heç bir səbəb olmadan sürücünü cərimələyiblər. Məsələ ilə postdan Bakipost.az-a bildirilib ki, sürücünün şikayətinə dərhal baxılıb, yol polisi əməkdaşlarının harada və nə üçün protokol tərtib etməsi araşdırılıb: "Həm sürücü, həm də ona qarşı protokol yazan əməkdaşlarımızla söhbətlərimiz oldu, kameralara baxış keçirdik, səs yazılarını dinlədik. Məlum olub ki, yol polisi əməkdaşının əməlində heç bir qanun pozuntusu yoxdur. Onlar sürücünü kəmərdən istifadə etmədiyinə görə saxlayıblar və yol hərəkəti haqqında qanunun tələblərinə uyğun olaraq, ona cərimə yazılıb. Məsələ ilə bağlı sürücünün özüylə də əlaqə saxlanılıb və ona ittihamlarının əsassız olduğu izah edilib. Sürücü bu izahdan razı qaldığını bildirib. Görünür, müəyyən anlaşılmazlıq olub və buna görə də sürücü şikayət vermək qərarına gəlib”.

Şikayətçi Rövşən Həbib də deyilənləri təsdiqləyib: "Müəyyən anlaşılmazlıq olmuşdu. Sağ olsunlar ki, şikayətimə belə anındaca baxdılar. Hazırda məsələylə bağlı heç bir şikayətim yoxdur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh