XƏBƏR LENTİ
"Jiquli" lapetə çırpıldı: 1 ölü, 3 yaralı - FOTOLAR
Tramp prezident təyyarəsi ilə paytaxta uçdu
Azərbaycanda məmur maşında infart keçirib öldü
“VAZ” elektrik dirəyə çırpıldı - Sürücü öldü
“Lambada”nın ifaçısı maşında yanaraq öldü - VİDEO
Yol polisi rəisinin qardaşı avtoritet imiş - «Dana Vüqar» - FOTO
“Mercedes” avtobusla toqquşdu - Sürücü yaralandı, xanımı öldü
20 Yanvar faciəsindən 27 il ötür
Hava soyuyacaq - yağış və sulu qar yağacaq
Etibarnamə ilə avtomobil almaq təhlükəlidir - İZLƏYİN! - VİDEO
Dəhşətli qəzadan son anda qurtuldu - VİDEO
Şumaxerin keçmiş meneceri: “Artıq həqiqətləri danışmağın vaxtıdır…”
Bakı polislərinin baş ağrısı
Sərnişinin halı pisləşdi: Bakı metrosuna təcili yardım gəldi
69 avtoxuliqan barəsində tədbir görülüb - Bakıda
"Azəravtoyol" Səngəçalda piyada keçidinin inşası məsələsinə münasibət bildirdi
Qızını özü ilə məktəbə apardı: direktor və 3 müəllim zorladı
“Təxribatlara qarşı bütün zəruri tədbirlər görülüb” - FOTO
Damında helikopter meydançası olan xəstəxana tikilir - Sabirabadda
Yol qəzalarının əsas səbəblərindən biri – Özünəgüvənmək - FOTOLAR
“Nəqliyyat Nazirliyini ipotekaya qoymaq olar?” - Deputat
Avtomobil kanala aşdı: 1 ölü, 2 yaralı - Astarada
Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq - Azərbaycanda
“Kişini çox incitməyək” - Deputatlardan AZAL-a sərt tənqidlər
"Beko Rəşad" işdən qovuldu – Məşhur DYP əməkdaşı cəzalandırıldı
“Qəzanın şahidi oldum, polis məni qandalladı” - VİDEO
Hava Nəqliyyatında külli miqdarda qol saatı müsadirə edildi - FOTO
Nuridə Allahyarovanın yeni işi
Məhbusları aparan avtobuslar yandırıldı
Vyetnamla Azərbaycan arasında aviareyslər açıla bilər
Digər xəbərlər
Get Adobe Flash player
YOL QƏZALARININ VİDEOSU
Qaydalar / 26 Dekabr 2016
Sərnişindaşıma ilə məşğul olanlara xəbərdarlıq olundu - Bakıda-FOTOLAR
19:31
1131
Sərnişindaşıma ilə məşğul olanlara xəbərdarlıq olundu - Bakıda-FOTOLAR
Loading...
Bakı Nəqliyyat Agentliyi son bir həftə baş verən hadisələrlə bağlı yoxlama keçirib

Bakıda ictimai nəqliyyat sektorunda istehsalat bazasında aşkar edilən ciddi nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcılara sonuncu dəfə xəbərdarlıq edilməklə vaxt verilib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda qeyd edilib. Məlumata görə, son bir həftə ərzində Bakı şəhərinin inzibati ərazisində 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətləri üzrə hərəkət edən sərnişin avtobuslarının iştirakı ilə ağır nəticələrə səbəb olan 5 yol nəqliyyat hadisəsi baş verib. "Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimlinin göstərişinə əsasən, baş vermiş yol nəqliyyat hadisələri ilə bağlı dərhal aidiyyəti şöbələr müvafiq araşdırma və təhlillər aparıb. Bu tədbirlər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcıların istehsalat bazalarına baxış keçirib. Baxış zamanı sözügedən marşrutlar üzrə xidmət göstərən daşıyıcıların əksəriyyətinin istehsalat bazalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 71 nömrəli qərarının tələblərinə (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası) uyğun qeydiyyatın aparılmadığı müəyyənləşdirilib. Belə ki, avtoparkların bir çoxunda avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının qeydiyyatı jurnalı yoxdur, eyni zamanda, yol nəqliyyat hadisəsi törədən sürücülərə verilən yol vərəqəsində qeydlər müvafiq qaydada aparılmayıb. Həmçinin, baxş zamanı müəyyən olunub ki, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsinin qeydiyyatı jurnalı yoxdur", - deyə BNA-nın məlumatında qeyd edilib.

BNA həmçinin bəyan edib ki, baxış zamanı aşkar edilən bütün çatışmazlıqlar qeydə alınaraq müzakirə edilib və sərnişin avtobuslarının iştirakı ilə baş verən və ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi ilə bağlı təcili tədbirlərin görülməsi qərara alınıb: "Qərara əsasən, istehsalat bazasında aşkar edilən ciddi nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcılara sonuncu dəfə xəbərdarlıq edilməklə vaxt verilib. Bildiririk ki, hazırda istehsalat bazalarının qanunvericiliyin tələbinə uyğunlaşdırmayan və yenidənqurma işləri aparmayan daşıyıcılar sərnişindaşımadan kənarlaşdırılacaq. Onların müvəqqəti istismarında olan 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətləri açıq müsabiqəyə təqdim ediləcək. Həmçinin, müvafiq ekspertizanın rəyinə əsasən, ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisələrinin məhz sürücünün səhvindən baş verdiyi müəyyənləşərsə, o halda həmin şəxsin birdəfəlik sürücülük hüququndan məhrum edilməsi ilə haqqında təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb". 

 

Emin

Oxunub: 1131
Foto
Şərh yaz
Ad
E-mail
Mesajınız
Digər xəbərlər