AZAL təyyarələrinin "yaşı" - İNFOQRAFİKA

Texnologiya 26 Dekabr 2016 20:45 Oxunub 4022
AZAL təyyarələrinin "yaşı" - İNFOQRAFİKA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların arasında ən «yaşlısı» ötən gün qəzaya uğrayan təyyarədən 1 yaş böyükdür

Rusiya Müdafiə Nazirliyinə məxsus Tu 154  təyyarəsinin qəzaya uğraması Azərbaycanda da bu tip hava gəmilərinin olub-olmamasını gündəmə gətirdi. Avtosfer.az xəbər verir ki, bu barədə  "istipress" Azərbaycan Hava Yollarına istinadən xəbər verir ki, Azərbaycan Rusiyanın istehsalı olan bu hava gəmilərindən 2010-cu ilin dekabrın 24-dən  ildən imtina edib. 

Hazırda AZAL-ın təyyarə parkında "Airbus", "Boeing" və "Embraer" şirkətlərinə məxsus hava laynerləri mövcuddur. Onların arasında ən «yaşlısı» 1982-ci il istehsallı Boeing 757-200 tipli təyyarələrdir. Milli hava yolları 4 belə hava gəmisini istismar edir. Maraqlıdır ki, qəzaya uğrayan Tu 154 təyyarəsi 1983-cü il istehsallı, yəni Boeing 757-200-dən cəmi bir il "cavan" imiş. 

Müvafiq olaraq Boeing 767-300 1986 cı il

Airbus A320 1987-ci il (7 ədəd)

Airbus A319 1995-ci il (3 ədəd) 

Airbus A340-500 2002-ci il

Embraer ERC 170-100 LR  2002-ci il (1 ədəd)

Embraer ERC 190-100 2006-cı il (4 ədəd)

Boeing 787-8 Dreamliner ( 1 ədəd) 2011-ci il

AZAL-ın rəsmi internet səhifəsindəki məlumatdan fərqli olaraq, mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Hava Yollarının donanmasında orta yaş 7-dir. İstiPress-ə təqdim olunan infoqrafikada təyyarələrin yaşı deyil, uçuş məsafəsi əks olunub və onların arasında ən çox yol qət edən Airbus A340-542 tipli sərnişin təyyarəsidir. Ancaq bu hava gəmisi barədə qurumun rəsmi saytında hər hansı məlumat yoxdur.

http://www.istipress.com/media/image/586107ff3d654/600@0

Bizim təyyarələrin istehsal tarixinə aid sorğumuz isə müvafiq departamentə təqdim olunub və cavab veriləcəyi deyildi. Ümumilikdə isə mütəxəssislər bildirirlər ki, aviasiyada təyyarələrin ömrü istismar zamanı  detalların 3 qayda üzrə dəyişdirilməsi əsasında ölçülür. Burda təyin olunan təqvim üzrə, uçuş saatının sayına və enib qalxma sayına uyğunluluq nəzərə alınır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh