Ağamirzə sürücülərə meyxana ilə elə sözlər dedi ki… - VİDEO

Yazarlar 29 Dekabr 2016 00:18 Oxunub 19306
Ağamirzə sürücülərə meyxana ilə elə sözlər dedi ki… - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Maşın şeytan arabasıdır, çox gəlinləri, çox uşaqları gözüyaşlı qoyub»

Tanınmış meyxana ustası Ağamirzə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərə müraciət edib. Avtosfer.az xəbər verir ki, Ağamirzə meyxana janrında etdiyi müraciətində sürücüləri qayda pozmamağa, canlarının qədrini bilməyə, başqalarının həyatına qəsd etməməyə çağırıb. Meyxana ustadı hər bir sürücünün diqqətini ona yönəldib ki, onları evdə gözləyən var, kimini anası, kimini ailəsi, kimini də övladları gözləyir. Bu baxımdan, meyxanaçı sürəti artırıb qarşıdakı maşını ötməyi yox, evə sağ-salamat çatmağı daha vacib saydığını vurğulayıb.

Qeyd edək ki, Ağamirzənin təbliğat xarakterli bu meyxanası Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Avtosfer.az-ın təşəbbüsü ilə ərsəyə gəlib. Meyxana ustası yol hərəkəti təhlükəsizliyinə dəstək vermək üçün Bakı şəhər DYP-nin etdiyi müraciətə müsbət cavab verib və gözəl bir sənət əsəri ortaya qoyub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında onun irəli sürdüyü təklifi dəstəklədiyi üçün meyxanaçı Ağamirzəyə təşəkkür edir: «Onun sözləri çox təsirlidir. Əksər sürücülərimiz meyxananı çox sevir və dinləyir. Biz də düşündük ki, qayda pozan sürücülərə meyxana dili ilə təsir etmiş olarıq. Ümid edirəm ki, başa düşən hər bir sürücü Ağamirzənin bu sözlərindən, bu müraciətindən nəticə çıxaracaq və qaydalara əməl edəcək».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh