«Samuray»lıq edən nəqliyyat müfəttişindən ŞOK hərəkət - VİDEO

Xəbərlər 22 Sentyabr 2014 01:15 Oxunub 2886
«Samuray»lıq edən nəqliyyat müfəttişindən ŞOK hərəkət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük maşınından sallanıb sürücünü saxlamağa çalışan nəqliyyat işçiləri yolda qorxulu anlar yaşadıb

Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən yol verilən daha bir özbaşınalığı əks etdirən videomaterial əldə etmişik. Avtosfer.az saytına oxuculardan biri tərəfindən göndərilən bu kadrlar sentyabrın 21-də, axşam saatlarında Bakı-Quba yolunda çəkilib. Oxucunun verdiyi məlumata görə, bu hadisə yolda təhlükəli anlar yaşadıb. Oxucu hesab edir ki, nəqliyyat müfəttişini etdiyi bu hərəkətə görə 2014-cü ilin "samuray"ı adlandırmaq olar: «Nəqliyyat müfəttişi hərəkəttdə olan yük mahınına gorəsən necə qonub? Necə qonduğunu bilirəm, amma onu da bilirəm ki, az qalmışdı bu "samuray"a görə ən azı 5 avtomobil qəzaya düşsün».

Avtosfer.az-a verilən məlumatda daha sonra bildirilir ki, sürət həddi 110 km/saat olan magistral yolda qəfl yaranan tıxac zəncirvari qəzaya səbəb olacaqmış: «Ən azı 5-8 maşın toqquşa bilərdi. Yaxşı ki, mənim avtomobilimdə qəfl tormuzlama zamanı avtomatik olaraq qəza işıqlarını yandıran funksiya var (arxadan gələn avtomobilə məlumat vermək üçün). Ani anda tıxac yarandı, az qalırdı arxadan «Pajero» üstümə çıxsın. Sonra qabağa keçib yük maşnını və nəqliyyat müfəttişinin maşınını saxlatdım. Müfəttişə sual verdim ki, sənə görə bizim həyatımız təhlükədə idi, nə etmək istiyirsiz? Adam mənə cavab verir ki, yük maşınını saxladıram, tərəziyə aparacam. Amma yük maşınının sürücüsü saxlamırdı, nəqliyyat müfəttişindən canını qurtarmaq üçün yolda sağ-sol eləyirdi».

Əlavə şərh verməyə söz tapa bilmədik…

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ismayil 10 Noyabr 2014 22:55
Deyirem Videonu cekenin de masini gedir haa