Naxçıvan-Məşhəd dəmir yol xətti işə salınacaq - Dekabrın 29-da

Yeniliklər 27 Dekabr 2016 14:30 Oxunub 1469
Naxçıvan-Məşhəd dəmir yol xətti işə salınacaq - Dekabrın 29-da
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələn ilin əvvəlində Azərbaycan iş adamları Təbrizə səfər edəcəklər

"Dekabrın 29-da Naxçıvanda biznes forum keçiriləcək və həmin vaxt yeni dəmir yol xətti işə salınacaq". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilən XI iclasında çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

"Naxçıvan-Məşhəd-Naxçıvan qatarı vasitəsi ilə 15 mindən çox sərnişin daşınacaq", - deyə nazir əlavə edib. 

Ş.Mustafayevin sözlərinə görə, gələn ilin əvvəllərində Azərbaycan iş adamları Təbrizə səfər edəcəklər: "İranın 400-dən çox şirkəti indiyədək Azərbaycana 1 mlrd. dollardan çox investisiya yatırıb".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh