Mərkəzdə qorxulu anlar - Hakimin maşını qəzaya düşdü - FOTO

Avtoxəbər 27 Dekabr 2016 16:45 Oxunub 5643
Mərkəzdə qorxulu anlar - Hakimin maşını qəzaya düşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Konstitusiya Məhkəməsinə məxsus 10-AS-016 nömrəli avtomobil işıqfora çırpılıb

Şəhərin mərkəzində qorxu yaşadan avtomobil qəzası baş verib. Hadisə şahidlərinin qaynarinfo.az-a verdiyi məlumata görə, avtomobil qəzası təxminən saat 14:00 radələrində Bakının İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində baş verib. "Nissan" markalı 10-AS-016 dövlət nişanlı avtomobil ani olaraq idarəetməni itirərək yolun kənarındakı işıqfora çırpılıb. Şahidlər bildirirlər ki, avtomobil işıqfora dəyməsəydi, qəza tələfatla nəticələnə bilərdi. Qəza nəticəsində biri kişi, biri qadın olmaqla iki nəfər yüngül xəsarət alıb. Hadisə yerinə dərhal yol polisi cəlb olunub.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sözügedən avtomobil Konstitusiya Məhkəməsinin hakimlərindən birinin xidməti avtomobildir. Qəza hakim işə gedərkən baş verib. Qəzaya düşən hakimin kimliyi barədə məlumat verilmir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh