Nənə nəvəsini "ağıllı" etmək üçün falçıya 8 MİLYON VERDİ

Maraqlı 27 Dekabr 2016 19:45 Oxunub 2269
Nənə nəvəsini "ağıllı" etmək üçün falçıya 8 MİLYON VERDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Atası nazirlikdə işləyən gənc qız universitetdə yaxşı oxuya bilməyib

Moskvada qəribə hadisə baş verib. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, yaşlı qadın nəvəsinin daha ağıllı olması üçün ekstrasenslərə sərvət ödəyib.

Məlumata görə, Rusiya kimya-texnologiya universitetində təhsil alan 23 yaşlı Ani adlı gənc qızın atası Əmlak Nazirliyində çalışır. Ailə imkanlı olsa da qız  yaxşı oxuya və dərslərini tam qavraya bilməyib.

Nəvəsinin dərdinə kədərlənən 81 yaşlı nənə isə qızın sessiyaları yaxşı bitirməsi və universitetdə "5"lə oxuması üçün yollar axtarmağa başlayıb. 

Radioda ekstrasens haqqında eşidən nənə ondan kömək istəmək qərarına gəlib. Göstərilən telefona zəng edən Lidiya adlı qadın sevimli nəvəsinin problemindən danışıb və cadugərdən nəvəsini daha "ağıllı" etməsini istəyib. 

Falçı isə uzaqdan xidmət göstərəcəyini və nəvənin mütləq "ağıllanacağını" deyib. Yaşlı qadın falçının hesabına 8 milyon rubl (təqribən 132 min dollar) köçürüb. Naməlum şəxs qadına nəvəsinin çox ağıllı olduğunu, onun gələcəyinin yaxşı gördüyünü, amma paxıllıq edənlərin olduğunu deyib. 

Amma qızın dərsləri 3 ay ərzində heç cür düzəlməyib. Səhvini başa düşən qadın baş verənləri oğluna danışıb. Bundan sonra ailə başçısı polisə müraciət edib. 

İndi polis 8 milyona gənc qızı "daha ağıllı" etməyə çalıçan ekstrasensi axtarır. 

http://www.istipress.com/media/image/58624ece7ebcd/600@0

ŞƏRH YAZ
Ad

E-mail

Şərh