Yararsız vəziyyətdə olan küçədə təmir başlandı – FOTO+VİDEO

Yeniliklər 28 Dekabr 2016 11:59 Oxunub 1637
Yararsız vəziyyətdə olan küçədə təmir başlandı – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü ikiqat olmaqla yenisi ilə əvəz olunacaq

Bakı şəhərinin Xətai rayonunda Süleyman Vəzirov küçəsinin təmiri işlərinə start verilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-dən verilən məlumata görə, küçənin uzunluğu 700 metr, eni 11 metrdir. Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü ikiqat olmaqla yenisi ilə əvəz olunacaq. Bundan başqa, piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulacaq, mövcudları bərpa olunacaq. Səth suların yolun hərkət hissəsindən kənarlaşdırılması məqsədi ilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılacaq, yağış barmaqlıqları qoyulacaq. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək. Hazırda təmir işlərinin aparıldığı ərazidə yeni yeraltı kommunikasiya xətləri çəkilir. Təbii ki, aidiyyəti qurumlarla kompleks şəkildə aparılan bu işlər yolun asfalt-beton örtüyününü qısa müddət ərzində sıradan çıxmasının qarşısını almış olacaq.

Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılan təmir işləri zamanı 8 min kv. metr sahənin asfaltlanması, piyada səkilərinin kənarlarına isə 1 500 poqon metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

Təmir işləri yekunlaşandan sonra hərəkətin normal təşkili üçün küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yola üfüqi nişanlama xətləri çəkiləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh