Kainatda divar aşkar edilib

Maraqlı 28 Dekabr 2016 12:17 Oxunub 1428
Kainatda divar aşkar edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun kütləsi bizim qalaktikamızın kütləsindən on min dəfə çoxdur

Bir qrup astrofizik tərəfindən unikal kosmik obyekt olan qalaktik divar aşkar edilib. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, astronomların sözlərinə görə, 830 qalaktikadan ibarət olan və bizim sistemimizdən 6,4 mlrd. işıq ili uzaqlıqda yerləşən superklaster kainatda elmə məlum olan ən iri obyektdir. Superklaster BOSS layihəsi çərçivəsində genişmiqyaslı tədqiqatlar nəticəsində aşkar edilib.

Aşkarlanan qalaktik divar öz ölçülərinə görə ən böyük hesab edilir. Onun kütləsi bizim qalaktikamızın kütləsindən on min dəfə çoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh