"Facebook"da müəllif hüquqlarını pozan videolar silinəcək

Texnologiya 29 Dekabr 2016 02:12 Oxunub 1823
"Facebook"da müəllif hüquqlarını pozan videolar silinəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səsyazma studiyaları sosial şəbəkədən müəllif hüquqlarını qorumağı tələb edirlər

Səsyazma studiyaları "Facebook" sosial şəbəkəsindən müəllif hüquqlarını fəal şəkildə qorumağı tələb edirlər. "Report" "Financial Times" nəşrinə istinadən xəbər verir ki, böyük səsyazma studiyaları sosial şəbəkədən istifadəçilər tərəfindən yüklənən və tərkibində müəllif hüquqları qorunan materiallar olan videoları silməyə çağırıb. Nəşrin məlumatına görə, "Facebook" hazırda müəllif hüquqları qorunan kontentin izlənməsi texnologiyası üzərində işləyir. Texnologiya öz təsdiqini tapan kimi, səsyazma studiyaları ilə "Facebook" arasında lisenziya sazişinin imzalanması üzrə müzakirələr aparılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh