Sürücü maşınla uşağı vurmamaq üçün hər şey etdi - Bakıda

Avtoxəbər 29 Dekabr 2016 09:47 Oxunub 20862
Sürücü maşınla uşağı vurmamaq üçün hər şey etdi - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü qəzadan xəsarətsiz qurtula bilib

Bakıda sürücü qarşısına çıxan azyaşlı uşağı vurmamaq üçün öz həyatını təhlükəyə atıb. Avtosfer.az xəbər verir ki, hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, bu gün səhər saatlarında Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində "Nissan Sunny" markalı avtomobil aşıb. "Şamaxinka"dan sürətlə gələn maşının qarşısına işıqfora çatanda uşaq çıxıb. Uşağı vurmamaq üçün sürücü yol kənarındakı "Mercedes" markalı avtomobilə çırpılıb, sonra isə yoldan çıxaraq aşıb. Sürücü qəzadan xəsarətsiz qurtula bilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh