Sərnişinin ölümünə səbəb olan sürücüyə 6 illik həbs cəzası verilib

Qaydalar 29 Dekabr 2016 14:26 Oxunub 1543
Sərnişinin ölümünə səbəb olan sürücüyə 6 illik həbs cəzası verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazim Camalov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nazim Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, N.Camalov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il avqustun 2-də saat 16 radələrində Yasamal rayonunun Tbilisi prospektində Oğuz rayon sakini Nazim Camalov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə onun sərnişinlərindən Salyan rayon sakini Asimə Kazımova hadisə yerində ölüb, digər sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh