Yol polisindən tuneldəki yeni radarlarla bağlı açıqlama - VİDEO

Qaydalar 29 Dekabr 2016 23:52 Oxunub 5222
Yol polisindən tuneldəki yeni radarlarla bağlı açıqlama - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda bu tunelə radar quraşdırılması xəbəri sürücüləri təşvişə salıb

''Ziya Bünyadov prospektindəki tunelə radar quraşdırılıb, 70-i keçənləri çəkir''. Avtosfer.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan bu xəbərdarlıqlara hətta həmin radara düşən avtomobillərin şəkili də əlavə olunub. Məlumat sosial şəbəkədə o qədər sürətlə yayılıb ki, tanınmış şəxslər də xəbər paylaşaraq sürücüləri diqqətli olmağa çağırıb. Məlumatda bildirilir ki, guya tuneldə sürət həddini bildirən yol nişanı olmadığı üçün sürücülər burada 70-80 km/saat sürətlə hərəkət edib. Dövlət Yol Polisi də bunun qarşısını almaq üçün tunelə radar quraşdırıb və artıq bu gündən etibarən radarlar yolun hər iki hərəkət hissəsində işlək vəziyyətdədir. Məlumata görə, artıq burada saatda 70-dən yuxarı hərəkət edən avtomobillər radara düşür.

Məsələyə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov münasibət bildirdi. O qeyd etdi ki, sözügedən prospektdə maksimum sürət həddi saatda 90 km-dir. Yol boyu olan tunellərdə isə sürət 60-a enir və bunu göstərən bir neçə nişan da var. Bölmə rəisi sürücülərə tövsiyyə etdi ki, belə yanlış məlumatlar yaymaqdansa yollardakı sürət həddinə əməl etsinlər. Ən azından təhlükəsizlik baxımından.   

ŞƏRH YAZ
Ad

E-mail

Şərh