Sükan arxasında yarıçılpaq şou göstərən qadın sürücü – Bakıda - 2 VİDEO

Yazarlar 30 Dekabr 2016 00:13 Oxunub 19840
Sükan arxasında yarıçılpaq şou göstərən qadın sürücü – Bakıda - 2 VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil idarə edərkən kəməri taxmayan bu sürücü sükanı buraxıb «klip çəkdirir»

Bakıda kimliyi məlum olmayan qadın sürücü avtomobildə şou göstərir, təhlükəli hərəkətlər edir və bunların videosunu sosial şəbəkələrdə yayır. Avtosfer.az-ın məlumatına görə, artıq «KİA» markalı avtomobili idarə edən qadın sürücünün iki videosu yayılıb. O, avtomobili idarə edərkən əllərini sükandan çəkir, diqqəti yolda yox, kənarda olur, təhlükəsizliki kəmərindən istifadə etmir.

Yarıçılpaq qadının bu videoları çoxlarının diqqətinə cəlb etsə də, əslində, bunlar yol hərəkəti qaydalarının pozulmasını təbliğ edən vasitə olduğu üçün qınanmalıdır. Çünki bir videoda ən azı 4 qayda pozuntusuna yol verən, təhlükə saçan bu sürücü heç kimə yaxşı nümunə ola bilməz. Diqqəti yayındıran hərəkətlər edir, mobil telefonu əldə saxlamaqla ondan istifadə edir (video çəkir), təhlükəsizlik kəmərini taxmır və əllərini sükandan çəkir. Beləliklə, bu sürücü təkcə bir videoda 170 manatlıq qayda pozuntusuna yol verir.

Avtosfer.az-a daxil olan məlumata görə, bu sürücü İnstagramda Nata-878 adıyla qeydiyyatdan keçib və belə videolarla məşhurlaşıb. Onun idarə etdiyi "KİA" markalı avtomobilin nömrəsi 90 LJ 878-dir.

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

aga 2 Yanvar 2017 00:51
Maraqlidi sukan sagda olan avtomobili idare etmeye icaze var bizde