Bir əlində telefon, digərində siqaret - Bakıda avtobus sürücüsü - VİDEO

Qaydalar 30 Dekabr 2016 00:34 Oxunub 1924
Bir əlində telefon, digərində siqaret - Bakıda avtobus sürücüsü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır

Bir əlində telefon, digər əlində isə siqaret. Belə vəziyyətdə də avtobusu idarə edir. Üstəlik musiqinin səsi də ətrafı bürüyüb. Görüntülər 38 saylı  avtobusda qeydə alnıb. Sərnişinlərdən birinin lentə aldığı kadrlar “Xəzər Xəbər”in vatçap nömrəsinə göndərilib. Kadrlarda avtobus sürücüsünün qayda pozuntusu açıq-aydın görünür. Sürücü avtobusu idarə edə-edə siqaret çəkməklə yanaşı, telefonla danışır. Nəticədə də  sərnişinlərin həyatını təhlükəyə  atır.

Bakı Nəqliyyat Agentliyi 38 saylı marşurut xəttinin sahibkarına xəbərdarlıq edib. Daşıyıcı şirkətin xətt rəisi Ələsgər Əsgərov deyir ki, qaydanı pozan sürücü Elşən Hümbətov artıq cəzalandırılıb.

Daşıyıcı şirkətin digər sürücülərinə isə belə halların yaşanmaması üçün təlimatlar verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh