DYP reyd keçirdi: 50-yə yaxın sürücü cərimələnib - FOTO

Yol polisi 30 Dekabr 2016 14:04 Oxunub 3712
DYP reyd keçirdi: 50-yə yaxın sürücü cərimələnib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reydlərin gələn ilin yanvarın 6-na qədər davamlı olaraq keçirilməsi nəzərdə tutulur

Şəki rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol patrul xidməti alayının 5-ci tağımının əməkdaşlarının keçirdiyi reyddən məqsəd bayram günlərində hərəkətin intensivliyini nəzərə alaraq yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

YPX-nin inspektoru Tural Niftaliyev "Report"a bildirib ki, yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan maşını idarə edən, avtomobilin üzərində olan cərimələri ödəməyən sürücülər təyin olunaraq məsuliyyətə cəlb edilib.

Üç saatdan çox davam edən reyd zamanı ümumilikdə yüzdən artıq avtomobil saxlanılıb, 50-yə yaxın sürücü cərimələnib. Reydlərin gələn ilin yanvar ayının 6-na qədər davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh