2016-cı il bir saniyə uzanacaq

Maraqlı 30 Dekabr 2016 15:00 Oxunub 2339
2016-cı il bir saniyə uzanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür əlavə saniyə tətbiq olunması altı aydan bir – iyun və dekabr aylarında baş tutur

Beynəlxalq Yerin Fırlanması Xidmətinin (IERS) mütəxəssisləri 2016-cı il 31 dekabrın son dəqiqəsinə bir saniyə əlavə edəcək. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, əlavə bir saniyə Yerin günəş ətrafında fırlanma sürətinin azalması ilə əlaqədardır və universal saat qurşağının (UTC) uyğunlaşdırılması məqsədi ilə həyata keçirilir.

Beləliklə, dekabrın 31-dən yanvarın 1-ə keçən gecə saniyələrin ardıcıllığı belə olacaq: 31 dekabr 2016, 23:59:59; 31 dekabr 2016, 23:59:60; 1 yanvar 2017, 0:00:00.

Bu cür əlavə saniyə tətbiq olunması altı aydan bir – iyun və dekabr aylarında baş tutur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh