Mixael Şumaxerin müalicəsinə xərclənən vəsaitin məbləği AÇIQLANDI

Avtoreyd 30 Dekabr 2016 18:00 Oxunub 2957
Mixael Şumaxerin müalicəsinə xərclənən vəsaitin məbləği AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, bir həftəlik müalicəyə 115 min funt sterlinq sərf edir

Ötən illərin məşhur almaniyalı Formula 1 pilotu Mixael Şumaxerin müalicə xərcləri 14 milyon funt sterlinqə yaxınlaşır. Avtosfer.az “Report” a istinadən məlumat verir ki, Şumaxerin həftəlik müalicəsə 115 min funta başa gəlir. Üç il ərzində onun sağlıq durumunun bərpasına 13,8 miyon funt sərf olunub.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilın sentyabrından İsveçrədəki evində davam etdirilir. Almaniyalı pilot 1991 - 2012-ci illərdə "Benetton", "Ferrari" və "Mersedes" komandalarında çıxış edib. O, 7 qat (1994, 1995, 2000, 2001, 2002, 2003, 2004) dünya çempionu, Formula 1-də qələbə (91), podium (155), bir mövsümə qələbə (13) və ardıcıl çempionluqlar (5) sayında rekordçudur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh