Baş nazirinin müavini Santa Klaus oldu – VİDEO

Maraqlı 31 Dekabr 2016 11:00 Oxunub 2145
Baş nazirinin müavini Santa Klaus oldu – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Biz balaca uşaqları sevindirdik. Mən də uşaq olanda nağıllara və möcüzələrə inanırdım"

Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və onun həmkarları Santa Klaus paltarını geyinərək Tbilisidə uşaqlara və sürücülərə hədiyyələr paylayıblar.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, təbrikin videosu YouTube portalına gürcü əsilli ukraynalı siyasətçi və biznesmen David Jvaniya tərəfindən yerləşdirilib. 

“Biz balaca uşaqları sevindirdik. Mən də uşaq olanda nağıllara və möcüzələrə inanırdım. Bir az böyüyəndən sonra mən fikirləşirdim ki, möcüzələr yalnız nağıllarda baş verir. Daha böyük olandan sonra öz nağıllarımı yaratmağı qərara aldım”, - nazir deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh