Yüksək radiasiya yayan yeni qalaktika kəşf etdi - NASA

Maraqlı 1 Yanvar 2017 14:00 Oxunub 1773
Yüksək radiasiya yayan yeni qalaktika kəşf etdi - NASA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünyadan 370 milyon işıq ili uzaqlıqda

NASA-nin Hubble Kosmik teleskopu, dünyadan 370 milyon işıq ili uzaqlıqda yerləşən, işıq yerinə radiasiya yayan nəhəng bir qalaktika aşkarlayıb. Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, NASA-nin Goddard kosmik uçuş mərkəzindən edilən açıqlamada, meqa-meyzer olaraq xarakterizə olunan qalaktikanın Samanyolu qalaktikası ilə müqayisədə 100 milyon qat daha çox radiasiya yaydığı bildirilir.

Elm adamları, IRAS 16399-0937 adlandırdıqları peykin yüksək keyfiyyətli bir fotosunu nümayiş etdiriblər. Çoxlu-Obyektin Spektrometrəsinin yüksək həssaslığı, görüntü keyfiyyəti və sahə dərinliyi elm adamlarının qalaktikanın quruluşunu daha ətraflı araşdırmasına şərait yaradır.

Qalaktikanın mərkəzində iki nüvə olduğu bildirilir. Bunların qalaktikanın şimal və cənubunda, bir-birindən 11000 işıq ili uzaqda olduqları ifadə edilir. Amma bu iki ayrı ünsür müxtəlif kosmik qaz və toz hissəciklərinə sahibdirlər. Bundan əlavə onların birləşmə ərəfəsində olduğu da bildirilir.

Elm adamları nüvələrin fərqli xüsusiyyətlər daşıdığını, cənubdakının yüksək enerjili, şimaldakının isə az ion yüklü enerjiyə malik olduğunu bildirirlər. Bundan əlavə şimal nüvəsinin içində günəşdən 100 milyon qat böyük qara dəlik olduğu da bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh