Səmada parlaq meteor axını müşahidə olunacaq - Sabah

Maraqlı 2 Yanvar 2017 19:00 Oxunub 2824
Səmada parlaq meteor axını müşahidə olunacaq - Sabah
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Planetimizn üzərindən saatda 100 meteor keçəcək

Kainat bir az gec də olsa Yer kürəsi sakinlərinə Yeni il hədiyyəsini təqdim edəcək. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, yanvarın 3-dən 4-nə keçən gecə “Kvadrantid” meteor axını baş verəcək. Planetimizn üzərindən saatda 100 meteor keçəcək. 

Yer kürəsi sakinləri bu təbiət hadisəsini müşahidə edəcəklər. Şimal yarımkürəsi sakinlərinin bəxti daha çox gətirəcək. Onların qarşısında “axan ulduzlardan” ibarət gözəl mənzərə açılacaq.

“Kvadrantid” meteor axını ilk dəfə 2 yanvar 1825-ci il tarixdə italiyalı Antonio Brukalassi tərəfindən təsvir olunub. Sonradan astronomlar prosesin dövri olduğunu sübut ediblər - axın Yer kürəsi üzərindən hər il keçir. 

Meteor axını adətən kometlərdən başlayır, lakin “Kvadrantid”də belə deyil. 2003-cü ilin may ayında amerikalı astronom Cenniksen kometin bir hissəsi olan “2003 exl” adlı asteroidi (196256) kəşf edib. Bu asteroiddən hər ilin yanvar ayında parlaq “Kvadrantid”lər hərəkətə başlayırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh