İkinci peykinin buraxılış vaxtı bilindi - Azərbaycanın

Yeniliklər 3 Yanvar 2017 10:00 Oxunub 1292
İkinci peykinin buraxılış vaxtı bilindi - Azərbaycanın
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək

Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace 2"-nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-dən məlumat verilib.

İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub. ASC-nin məlumatına görə, ikinci geostasionar peyk "Azerspace 1"-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək. Qeyd edək ki, "Azerspace 1" 2013-cü ilin fevral ayında orbitə buraxılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh