Gəlin öz toyuna motosikletlə gəldi: Hamı təhqir etdi - VİDEO

Maraqlı 3 Yanvar 2017 14:13 Oxunub 2964
Gəlin öz toyuna motosikletlə gəldi: Hamı təhqir etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmə artıq iki nəfərə qarşı cinayət işinə baxaraq qərar qəbul edib

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında iki kişi məhkəmə tərəfindən sosial şəbəkədə təhqiramiz şərh yazdıqlarına görə böyük məbləğdə cərimə olunublar. Avtosfer.az virtualaz-a istinadən xəbər verir ki, yerli motoklubun üzvləri olan bəy və gəlin toylarını original formada qeyd etmək qərarına gəliblər və toyun keçiriləcəyi məkana məxsusi olaraq bəzədilmiş motosikletlərlə yollanıblar. Toy hələ ötən ilin mart ayında baş tutsa da, sosial şəbəkələrdə bəylə gəlini ərəb xalqının adət-ənənələrinə və Şəriətə riayət etməməkdə günahlandıranlar sakitləşmək bilmir. Ötən ay gəlin məhkəməyə müraciət edərək, onu təhqir etmiş 40 nəfərin cəzalandırılmasını istəyib və məhkəmə artıq iki nəfərə qarşı cinayət işinə baxaraq qərar qəbul edib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh