Alimlərdən yeni iddia - yadplanetlilər Yerə altı siqnal göndərdi

Texnologiya 3 Yanvar 2017 11:45 Oxunub 1869
Alimlərdən yeni iddia - yadplanetlilər Yerə altı siqnal göndərdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Altı impulsdan başqa alimlərə 11 siqnal da məlumdur

Yadplanetlilərin altı yeni siqnalı kəşf edilib. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, beynəlxalq astro fiziklər birliyi yadplanetlilərin yeni siqnallarını kəşf ediblər. Bu siqnallar qısa radio impulslar, qısa partlayışlardır və kosmosa böyük enerji yayılmasına səbəb olur. Bu barədə geniş material "The Astrophysical Journal" jurnalında nəşr edilib.

Altı siqnal Arabaçı bürcündən gəlib. Bürc Yerdən altı milyard işıq ili məsafəsində yerləşir. Hər kiçik alışmanın müddəti bir neçə milli saniyə olub. 5 siqnal Qrin-Benk radioteleskopu, digəri isə Aresibo observatoriyası tərəfindən kəşf edilib.

Altı impulsdan başqa alimlərə 11 siqnal da məlumdur. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh