Bakıda sürücüləri şərləyən daha bir dələduz peyda oldu – 40 manat ver - VİDEO

Xəbərlər 3 Yanvar 2017 14:51 Oxunub 17603
Bakıda sürücüləri şərləyən daha bir dələduz peyda oldu – 40 manat ver - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əlini maşına vurub guya ayağı əzildiyini iddia edərək pul istəyir

Bakıda sürücüləri şərləyərək pul almağa çalışan daha bir dələduz peyda olub. Bu barədə Avtosfer.az-a Elnur Hüseynov adlı sürücü məlumat verib və əlavə olaraq video da göndərib. O bildirib ki, dekabrın 30-da, saat 14-09 radələrində Babək prospektindən «NZS» pivə zavoduna dönən yolda dələduzla rastlaşıb: «Bu şərəfsizlər bayram öncəsi insanlardan şantaj və hədə yolu ilə pul qoparmaq istəyənlərdir. Videodan da göründüyü kimi, mən o şərəfsizə heç bir şey etmirəm. Mən keçəndə əli ilə avtomobilimim baqajına yumruq vurdu. Saxlayıb səbəbini soruşduqda deyir ki, sən məni vurdun. Sizcə, mən onu necə vura bilərəm? O mənim sağ tərəfimlə gedir. Ortada təxminən 2 metr ara məsafəsi var. Yalandan sol ayağını tutub deyir ki, ayağım əzilib, tez mənə pul ver, özüm həkimə gedim. Mən də bildirdim ki, onda polis çağırım gəlsin araşdırsın. Bildirdi ki, mənə 40 manat pul ver, heç nə yoxdur. Bu zaman oradan keçən bir taksiyə əyləşərək qaçdı.

Zəhmət olmasa şərəfsizi şəklini və videosunu saytınızda yayımlayın ki, insanlar belə dələduzların toruna düşməsin.

Mənim üçün çox maraqlıdır, bu dələduz, şarlatan həmin pulu evdə ana-bacısına, arvad-uşağına necə yedizdirir? Bu yolla pul qazanmağın bir adı var; şərəfsizlik və namuszuluq. Unutmayın ki, Allah belələrinin cəzasını verir».

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh