Tramp “Ford”a təşəkkür etdi

Avtodünya 4 Yanvar 2017 23:57 Oxunub 1514
Tramp “Ford”a təşəkkür etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bu hələ başlanğıcdır, qarşıda daha çox olacaq”

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp “Ford” şirkətinə Meksikada fabrik tikməkdən imtina etməsinə görə təşəkkür edib. Bu barədə Tramp Tvitter hesabında məlumat yayıb. “Ford” kompaniyasına Meksikada fabrik tikməkdən imtina etməsinə və ABŞ-da açacağı 700 yeni iş yerinə görə təşəkkür edirəm. Bu hələ başlanğıcdır, qarşıda daha çox olacaq”,-deyə Tramp yazıb.

Qeyd edək ki, “Ford” şirkəti Miçiqan ştatında 700 milyon dollarlıq fabrik tikməyi planlaşdırdığını açıqlayıb.

 

“Qafqazinfo”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh