Sürücülərin diqqətinə - Prospektdə hərəkət rahatlaşdı

Avtoxəbər 5 Yanvar 2017 00:45 Oxunub 3761
Sürücülərin diqqətinə - Prospektdə hərəkət rahatlaşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Neftçilər prospektində daha qatar relsləri olmayacaq

Bakının Neftçilər prospektindəki qatar relslərinin ləğvinə başlanılıb. Yanvarın 4-də relslərdən biri sökülüb, gecə saatlarında yerinə asfalt vurulub. "Azəravtoyol" ASC-nin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi Namiq Alıcanov APA-ya bildirib ki, relslər şəhərin mərkəzində nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi üçün sökülür. Yaxın vaxtlarda Neftçilər prospektində qatar relsi qalmayacaq. Tıxaclara səbəb olmaması üçün söküntü işləri istirahət günləri aparılır. Növbəti istirahət günlərində qalan relslər də söküləcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh