Uçan maşınlar, sürücüsüz dönəm başlayır - Azərbaycan isə...

Yazarlar 5 Yanvar 2017 12:46 Oxunub 1511
Uçan maşınlar, sürücüsüz dönəm başlayır - Azərbaycan isə...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uçan avtomobillərin kütləvi satışı başlayacaq

"2017-də biz oturub gözləyirik ki, nə vaxt neftin qiyməti qalxacaq. Yaxın ətrafımızda, Şərqdə isə 2017-ci ildə hələ də, dinimizin buyurduğu ibadətin fəlsəfəsini anlamadan, "namaz qılarkən əllər necə olmalıdır", diskussiyası davam edəcək". Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli şərhində deyib. Natiq Cəfərli 2017-ci ilin texnoloji gözləntilərini açıqlayıb: 

1) "Günəş, külək və digər bərpaolunan enerji istehsalının maya dəyəri daha da aşağı düşəcək, artıq 20-dən çox ölkədə bu növ enerjinin alınması, ənənəvi mənbələrdən alınan enerjidən daha ucuzdur". 

2) Bir neçə avtomobil şirkəti hidrogenlə işləyən yeni nəsil maşınların təqdimatını keçirəcək, 

3) Elastik və qatlanan ekranlı smartfonlar satışa çıxacaq,  

4) Elektriklə işləyən avtomobillərin yeni nəsli gələcək, bir dəfə şarj olunanda 1000 km yol qət etmək mümkün olacaq, 

5) Telefonlar üçün də yeni nəsl barateyalar gəlir, bir dəfə şarj olunanda 3-4 gün bəs edəcək, 

6) Elektrik cərəyanına birbaşa qoşulmadan şarj texnologiyası gəlir, bütün elektrik avadanlıqları wifi kimi, yəni havada olan dalğalarla şarj olunacaq, 

7) Yeni nəsl 3D printerlər gəlir, ümumiyyətlə, 3D printerlər evlərdə olacaq, istədiyin məişət əşyasını və detalları ev şəraitində çap etmək münkün olacaq, 

8) Yeni təhsil metodalogiyası gəlir, yanaşma və qiymətləndirmə fərqli olacaq, 

9) Uçan avtomobillərin kütləvi satışı başlayacaq, ilk sifarişlər artıq qəbul olunub, 

10) Şəhərdaxili nəqliyyatında və yük daşımalarda "sürücüsüz" dönəm başlayır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh