“Qar qız” paltarı geyinmiş oğlanı belə döydülər – VİDEO

Avtoreyd 5 Yanvar 2017 13:09 Oxunub 7210
“Qar qız” paltarı geyinmiş oğlanı belə döydülər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Videoda aşağılayıcılıq, seksizm, zorakılıq və homofobiya elementləri var

Sosial şəbəkələrdə və “YouTube”da bir qrup kişinin “Qar qız” paltarı geymiş bir gənc oğlanı təhqir edərək döydüyünü göstərən video yayılıb. Avtosfer.az xəbər verir ki, videoda görüntülənən şəxslərin söhbətlərindən belə başa düşülür ki, hadisələr Yeni il ərəfəsində Özbəkistanın Əndincan şəəhərində baş verib. Mobil telefona çəkilərək sosial şəbəkələrə və Youtube-a yerləşdirilmiş videoda bir qrup kişinin “Qar qız” geyimində olan gənc oğlanı qeyri-normativ sözlərlə təhqir edərək onun üzünə zərbələr endirməsi əks olunub. Videoda aşağılayıcılıq, seksizm, zorakılıq və homofobiya elementləri var. Kadrlarda bir dəstə kişinin küçə ilə gedən “Şaxta Baba”ya toxunmaması, ancaq onun yol yoldaşı olan “Qar qızı” hər tərəfdən dövrəyə alaraq onu təhqir etməsi aydın görünür. Kişilər “Qar qız” geyimində olan oğlanın üzünə yumruq zərbələri endirir, onu təpikləyir və başından parikini çıxarırlar.

Ötən il azadliqradiosunun özbək xidməti Özbəkistanın bəzi vilayətlərində “Qar qız” paltarı geymiş qızların hücuma məruz qalması barədə məlumat verib. Ötən il Xarəzm vilayətində “Qar qız”ların zorlanması və zorlamaya cəhd halları qeydə alınıb.

O zamandan bəri Özbəkistanın bir çox vilayətində Yeni ildə sakinlərin evlərinə “Qar qız” paltarı geymiş oğlanlar gəlir. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh