Uçan avtomobil layihəsi reallaşdı - FOTO

Avtoxəbər 5 Yanvar 2017 19:00 Oxunub 1535
Uçan avtomobil layihəsi reallaşdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uçan avtomobil 14 milyon dollara satılacaq

Uçan avtomobil layihəsi reallaşıb. Avtosfer.az xəbər verir ki, İsraildə uçan avtomobilə bənzəyən bir hava nəqliyyat vasitəsi istehsal edilib.

Yeni avtomobil 1.5 ton ağırlığında yük daşıya bilir və pilot olmadan da uça bilər. Layihə üzərində mühəndislər 15 il işləyiblər.

Avtomobil 185 km/saat sürətlə hərəkət edir və 2020-ci ildə satışa çıxarılması planlaşdırılır.

Uçan avtomobil 14 milyon dollara satılacaq.

İstehsalçı şirkət nəqliyyat vasitəsini təcili tibbi yardım üçün nəzərdə tutduğunu və təbii fəlakət zonasından mülki vətəndaşların evakuasiyası üçün istifadə edilə biləcəyini söyləyib.

Pilotsuz da uça bilən avtomobil hərbi münaqişə zonasından əsgərlərin çıxarılması üçün də istifadə edilə bilər. //ölkə.az

http://www.olke.az/newsphotosession/2017/01/04/hhh.jpg

http://www.olke.az/newsphotosession/2017/01/04/uuu.jpg

http://www.olke.az/newsphotosession/2017/01/04/yy.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh