Bu yoldan istifadə edən sürücülərə DYP-dən - XƏBƏRDARLIQ

Avtoxəbər 5 Yanvar 2017 13:26 Oxunub 2289
Bu yoldan istifadə edən sürücülərə DYP-dən - XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: "Bu yolda xeyli sayda ağır yol nəqliyyat hadisələri olub"

Sumqayıt dairəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər olan yolla hərəkət edən sürücülər yolda müəyyən edilmiş sürət və tənzimləyici nişanla bağlı narazılıq edirlər. Belə ki, həmin yolda ötmə əməliyyatı ümumiyyətlə qadağandı. Hərəkət sürəti isə 70km/saat müəyyən edilib. Srücülər bildirir ki, yolda ağır tonnajlı və ya asta hərəkət edən bir maşın önə düşərsə, arxadan gələn nəqliyyat vasitələri onu ötüb, keçə bilmir. Bu da nəqliyyat vasitələrinin xeyli gecikməsinə və vaxt itkisinə səbəb olur. 

Məsələ ilə bağlı qaynarinfo.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, Sumqayıt dairəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda nəqliyyatın hərəkətinin intensiv olduğuna görə ötmə əməliyyatının aparılmasına icazə verilmir: "Əgər kimsə tələsirsə Stansiya Sumqayıtdan paralel 110km/saat sürətlə hərəkətə icazə olan yola çıxaraq daha tez gedə bilərlər. Bu yolda isə həddindən artıq çox sərnişin daşıyan nəqliyat vasitələri, yük avtomobilləri hərəkət etdiyinə görə sürət həddi aşağı qoyulub. Bu yolda bəzi yerlər enlidir, amma bəzi hissələrdə daralma var. Yolun bir hissəsini iki zolaqlı edib, sonradan bir zolağa endirmək nəqliyyatın ləngiməsinə gətirib çıxaracaq. Ona görə, hər iki istiqamətdə bir zolaq nəzərdə tutulub. Yolun eni mövcud standartlara əsasən imkan vermir ki, hər iki istiqamətdə iki zolaqlı olsun".

Qurum rəsmisi qeyd edib ki, 70km/saat sürət normal sürət hesab olunur: "80km/saat sürətə qədər hərəkət edən avtomobillər məsuliyyətə cəlb olunmur. Kim daha yüksək sürətlə getmək istəyirsə və daha tez çatmaq istəyirsə dairədən təqribən 1 km aralıda olan paralel yola çıxaraq hərəkət edə bilər. Sumqayıt dairəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda sürət həddinin aşılması avtomobildə olan xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunursa, protokollaşdırılır. Sürücülər ərazidə müəyyən edilmiş sürət həddini aşmamalıdır. Bu yolda xeyli sayda ağır yol nəqliyyat hadisələri olub. Bu səbəbdən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə uyğun sürət 70km/saat müəyyənləşdirilib".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh