Günün fotosu - Bakıda BİABIRÇILIQ

Yazarlar 5 Yanvar 2017 15:11 Oxunub 12978
Günün fotosu - Bakıda BİABIRÇILIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hələ belə qaraj tikən olmamışdı

Şəhər sakinlərindən biri yaşadığı binanın həyətində avtomobilini saxlamaq üçün görün hansı üsula əl atıb. Binanın baxçasında torpağın üstü betonlanıb, hələ avtomobili rahat saxlamaq üçün tamet daşlar da düzülüb. Üstəlik, heç kimin onun "dədəsinin yeri"ndə saxlamaması üçün girişi zəncirləyib də.

Onsuz da ekologiyası günü-gündən pisləşən Bakımızda yaşıllıqların bu cür məhv edilməsi qəbuledilməzdir. Görün bəziləri ekologiyanı yaxşılaşdırmaq əvəzinə, bir-iki ağac əkərək uşaqlarımızın daha təmiz hava ilə nəfəs almasını təmin etmək əvəzinə nə edirlər. Təəsüflər olsun ki, bu cür insanların sayı günü-gündən artır.

Fotoya baxdıqda həmin vətəndaşın qonşularının da bu cür etdiklərini görmək mümkündür. Bəs aidiyyatı qurumlar hara baxır, niyə bu cür faktların qarşısını almırlar. Öz sənədli torpağında daşı-daş üstünə qoyan kimi başının üstünü kəsirlər ki, bəs icazən varmi tikintiyə! Bəs hanı həmin icazə dalınca düşən qurumların əməkdaşları?

 

media24.az

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh