88 nömrəli avtobusla "Nissan-Patrol" toqquşdu - FOTO

Avtoxəbər 5 Yanvar 2017 15:41 Oxunub 5437
88 nömrəli avtobusla "Nissan-Patrol" toqquşdu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki nəqliyyat vasitəsi yoldan kənara çıxaraq səkiləri dağıdıb

Bu gün 14:00 radələrində Bakının Rəşid Behbudov küçəsi ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində ağır yol qəza hadisəsi baş verib. 88 nömrəli sərnişin avtobus ilə "Nissan" markalı, 10-EC-444 dövlət nömrə nişanlı maşın toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi yoldan kənara çıxaraq səkiləri dağıdıb. 88 nörməli avtobusda olan sərnişinlər yaralanıb, müxtəlif xəsarətlər alıblar. Yaralı sərnişinlərdən 80 yaşlı Məlahət Məmmədovanın vəziyyəti isə daha ağırdır. Hadisə şahidlərinin verdiyi məlumata görə, günah "Nissan" markalı maşının 19-20 yaşlı gənc sürücüsündə olub. Belə ki, o yol hərəkəti qaydalarını pozaraq yolun sol üçüncü zolaq xəttindən sağa dönmə əməliyyatı keçirərkən hadisə baş verib. Təcili Tibbi Yardımın əməkdaşları xəsarət alanları xəstəxanaya aparıblar.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh