Avtobuslar üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək - Bakı yollarında

Yeniliklər 5 Yanvar 2017 15:58 Oxunub 2455
Avtobuslar üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək - Bakı yollarında
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazirlər Kabineti bununla bağlı Bakı Nəqliyyat Agentliyinin təklifini qəbul edib

Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək. Avtosfer.az xəbər verir ki, bu barədə BNA-dan verilən məlumata görə, məqsəd Bakıda müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən, əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır. "Bakı Nəqliyyat Agentliyinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib. İlkin olaraq Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib", - deyə BNA-nın məlumatında qeyd edilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh